NƏQLİYYAT

BNA: Sutka ərzində 3500-dən çox sürücü dayanma və durma qaydasını pozub
10 YANVAR
240

BNA: Sutka ərzində 3500-dən çox sürücü dayanma və durma qaydasını pozub

2019-01-10 15:02:00

Artıq Azərbaycan, Xocalı, Azadlıq, Bülbül, Mətbuat, Q.Qarayev, H.Cavid prospektlərində, həmçinin A.M.Şərifzadə, A.Nemətulla, B.Vahabzadə, K.Rəhimov, R.Behbudov, S.Vurğun, 28 May və Ş.Qurbanov küçələrində qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kameraları vasitəsi ilə dayanma və durma qaydalarının pozulamsı halları qeydə alınır.

Bakı Nəqliyyat Agentliyindən Fins.az-a verilən məlumata görə, insan faktoru olmadan avtomatik rejimdə fəaliyyət göstərən sistem vasitəsi ilə son 24 saat ərzində dayanma və durma qaydasının pozulması ilə bağlı 3 500-dən artıq fakt aşkar olunub. Qeydə alınan qayda pozuntusu ilə bağlı avtonəqliyyat vasitəsi sahibləri barədə inzibati protokol tərtib edilib.

Sistemin əhatə dairəsinin genişləndirilməsi paytaxtın digər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu, eyni zamanda, günün pik saatlarında sıxlıq müşahidə edilən yollarında da kameraların qurşadırılması ilə bağlı tədbirlər də davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264