NƏQLİYYAT

"Formula-1" üzrə Azərbaycan "Qran-pri"sinin biletlərinin satışa çıxarılacağı vaxt açıqlanıb
13 SENTYABR
157

"Formula-1" üzrə Azərbaycan "Qran-pri"sinin biletlərinin satışa çıxarılacağı vaxt açıqlanıb

2018-09-13 13:31:00

2019-cu ilin aprelində keçiriləcək "Formula-1" üzrə Azərbaycan "Qran-pri"sinin biletləri oktyabrın ikinci yarısından satışa çıxarılacaq.

Fins.az xəbər verir ki, bu barədə Qran Pri hazırlıqlarına başlanılması ilə əlaqədar jurnalistlərlə keçirilən görüşdə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarai bildirib. BŞH rəsmisi vurğulayıb ki, biletlərin qiyməti əvvəlki illərə nisbətən ucuz olacaq.

N.Arpadarai "Formula-1" trasında inşaat işlərinə isə noyabrın sonları - dekabrın əvvəllərində start veriləcəyini də açıqlayıb. 

Hazırlıq dövründə müxtəlif tədbirlərin də nəzərdə tutulduğunu diqqətə çatdıran departament rəhbəri media nümayəndələri ilə bağlı müəyyən layihələrin də həyata keçiriləcəyini vurğulayıb. Bu sırada o, media üçün "Formula-1" idman növü üzrə dilçilik-terminologiya kursunun təşkilinə dair "Report"un təklifinə müsbət yanaşıb.

N.Arpadarai Qran Priyə hazırlıq dövründə təşkil olunan brifinqlərdə təkcə özünün deyil, Azərbaycan "Qran-pri"sinin promouteri Arif Rəhimovun da iştirakına çalışacağını söyləyib.

Tədbir səmimi müzakirələr şəraitində davam edib.

Qeyd edək ki, gələn mövsümün ilkin təqvimində Azərbaycan "Qran-pri"sinin 26 - 28 apreldə təşkili nəzərdə tutulub.  

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253