NƏQLİYYAT

Bakı-Tbilisi-Qars dəmir yolunda daha bir ilk - FOTOLAR
25 İYUN
298

Bakı-Tbilisi-Qars dəmir yolunda daha bir ilk - FOTOLAR

2018-06-25 12:48:00

Bu vaxta kimi konteynerlər vasitəsiilə yüklərin daşınması həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolu ilə ilk dəfə olaraq yük vaqonları ilə nəql edilib.

“AzRusTrans” QSC “ADY Express” MMC ilə birgə Rusiyadan Qarsa taxılı, xüsusi taxıldaşıyan vaqonlar (xopper) vasitəsi ilə nəql etməyə müvəffəq olub. 12 vaqona yüklənmiş taxıl Rusiyanın Orenburq vilayətində yerləşən Sara stansiyasindan Axalkalaki stansiyasına çatdırılıb, burada təkər cütlərinin dəyişdirilməsi əməliyyatı həyata keçirildikdən sonra, Qarsa yola salınıb. Yüklər artıq Qars stansiyasına çatdırılıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunda bu vaxta kimi yüklər ancaq konteyner vasitəsi ilə daşınıb. Axalkalaki stansiyasında konteynerlər digər Türkiyədən daxil olan platformalara aşırıldıqdan sonra, yolunu davam etdiriblər.

2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun ümumi uzunluğu 846 km təşkil edir ki, bunun da 504 km Azərbaycan, 263 km Gürcüstanın və 79 km Türkiyənin payına düşür.

Eləcə də bax: Kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq YOL tikilir - FOTO - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254