NƏQLİYYAT

Bu yollarda hərəkət tam və qismən məhdudlaşdırılacaq
16 MAY
198

Bu yollarda hərəkət tam və qismən məhdudlaşdırılacaq

2018-05-16 12:14:00

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Ələt avtomobil yolunun Azneft dairəsi – Bayıl dairəsi arasında yerləşən hissəsində (hər iki istiqamətdə) və Lökbatan-Qobu-Hökməli avtomobil yoluna yeni üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır. Bu məqsədlə, sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Sürücülərin diqqətinə çatdırırıq ki, Bakı Dairəvi-1 avtomobil yolunda (hər iki istiqamət üzrə) əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılır. Bu məqsədlə avtomobillərin hərəkəti iş gedən zolaqlar üzrə məhdudlaşdırılıb.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Eləcə də bax: 23 min nəfər əhalinin gediş-gəlişini asanlaşdıracaq yolun tikintisinə başlanılıb - FOTO -VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267