NƏQLİYYAT

Azərbaycan İran Astarasındakı yük terminallarında aşırma üçün 200-dən çox sifariş qəbul edib
16 APREL
304

Azərbaycan İran Astarasındakı yük terminallarında aşırma üçün 200-dən çox sifariş qəbul edib

2018-04-16 11:06:00

“Azərbaycan Dəmir Yolları” QSC İranın Astara bölgəsində tikilməkdə olan yük terminallarında aşırma həyata keçirmək üçün 200-dən çox sifariş qəbul edib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC –nin sədri Cavid Qurbanov deyib.

O bildirib ki, bu terminallardan İranın daxili bazarı ilə yanaşı, Suriyaya və İraqa da yüklər daşınacaq. Hazırda əsasən taxta daşınır. Gələcəkdə İrandan Rusiyaya meyvə göndərilməsi mümkün ola bilər və Ukraynanın daxili bazarına yük daşımaq istiqamətində də işlər görüləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253