NƏQLİYYAT

Qubada 12 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə başlanılıb
09 APREL
321

Qubada 12 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə başlanılıb

2018-04-09 16:27:00

Qubada 8 mindən çox əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinə başlanılıb. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolundan Çayqışlaq-Zərqova-Asparasti istiqamətində çəkilən yolun ümumi uzunluğu 29,6 kilometr olacaq.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Tikinti işlərinə bu ilin mart ayından başlanılıb. Hazırda yol yatağının genişləndirilməsi və hamarlanması işləri həyata keçirilir. İki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 6 metr təşkil edəcək. Müasir tələblərə uyğun çəkilən yolda hazırlıq prosesləri başa çatdıqdan sonra asfalt döşənməsinə başlanacaq.

Yolun tikintisi həmin istiqamətdə yerləşən Zərqova, İsnov, Kələnov, Mahmudqışlaq, Qədikqışlaq, Qorxmazoba, İdrisqışlaq, Qasımqışlaq, Çayqışlaq, Xaspolad, Asparasti və İsnovqışlaq sakinlərinin rayon mərkəzi, eləcə Bakı şəhəri istiqamətində gediş-gəlişini rahatlaşdıracaq. Tikinti işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267