NƏQLİYYAT

Bakıda daha bir marşrutun fəaliyyəti bərpa edildi
30 OKTYABR
518

Bakıda daha bir marşrutun fəaliyyəti bərpa edildi

2017-10-30 17:23:00

170 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilib. Fins.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) qərar verib.

Metronun “Memar Əcəmi” stansiyası ilə (Bakı Beynəlxalq Avtovağzal Kompleksi, Sulutəpə dairəsi və Binəqədi qəsəbə mərkəzindən keçməklə) Binəqədi kəndini birləşdirən marşrut xətti sakinlərin çoxsaylı müraciəti əsasında bərpa edilib.

Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq marşrut xəttinin fəaliyyəti daşıyıcı şirkət tərəfindən sərnişindaşımanın mövcud standartlarına cavab verən, texniki cəhətdən saz vəziyyətində olan avtobuslar cəlb edilməklə təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289