NƏQLİYYAT

Metroda qərargah yaradıldı –GİRİŞLƏR QARDAN TƏMİZLƏNİR
01 FEVRAL 2017
796

Metroda qərargah yaradıldı –GİRİŞLƏR QARDAN TƏMİZLƏNİR

2017-02-01 12:03:00

Havaların qarlı və şaxtalı olması nəticəsində bəzi metro stansiyalarının giriş-çıxışlarının qarla örtülməsinin qarşısını almaq məqsədilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) xüsusi qərargah yaradılıb.

Fins.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, "Bakı Metropoliteni" QSC-nin briqadaları həmin ərazilərə cəlb edilib:

"Ərazilər qardan təmizlənir. Qar intensiv yağdığı üçün bəzən giriş-çıxışların qarlı olması mümkündür. Xüsusilə, Depodan çıxan və Depoya qayıdan qatarların hərəkətini tam təmin etmək üçün yollar təmizlənir. Həmin yollar yerüstü olduğundan bu yollara qar daha çox yağıb. Hazırda qərargah fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir".

N.Paşayev bildirib ki, hazırda bütün stansiyaların giriş-çıxışları nəzarətə götürülüb və qar olan hissələr dərhal təmizlənir.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256