NƏQLİYYAT

Şikayətlərə onlayn cavab veriləcək
11 OKTYABR
350

Şikayətlərə onlayn cavab veriləcək

2016-10-11 16:08:00

Bakı Nəqliyyat Agentliyi (BNA) "Nəqliyyat agenti" adlı yeni online layihəsini təqdim edir. Fins.az-ın Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarovaya istinadən verdiyi məlumata görə, layihə yeni yaradılan Youtube kanalında və “Facebook” səhifəsi vasitəsilə yayımlanacaq.

O bildirib ki, reallaşacaq layihədən sonra cavabsız suallar qalmayacaq:

“Verilişdə qonaq olan ekspertlərimiz həftə ərzində sizdən daxil olan sualları cavablandıracaq, şikayətlərə münasibət bildirəcəklər. Suallarınızı verilişin anonsu ilə bağlı yerləşdirmələrin şərh bölməsinə əlavə edə bilərsiniz. Anonim sorğularınızı daxili inboxumuza göndərə bilərsiniz. Heç bir sualınız cavabsız qalmayacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270