NƏQLİYYAT

"Elmlər Akademiyası" metrosu yaxın günlərdə açılır
09 SENTYABR
401

"Elmlər Akademiyası" metrosu yaxın günlərdə açılır

2016-09-09 12:22:00

"Elmlər Akademiyası" metro stansiyasının 1-ci vestibülündə təmir işləri başa çatmaq üzrədir. Fins.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hazırda stansiyada təmir işlərinin əksər hissəsi görülüb:

"Əslində stansiyanın açılışı oktyabr ayına planlaşdırılmışdı. Sentyabrın 15-də yeni dərs ilinin başlamasını, xüsusilə də "Elmlər Akademiyası" stansiyasında sıxlıq yaranacağını nəzərə alaraq, yaxın günlərdə stansiyanın açılışı nəzərdə tutulur".

Qeyd edək ki, vestibülün bağlanmasına səbəb 3 eskalatorun istismar müddətini başa vurması olub. Buna görə də həmin vestibüldəki hər 3 eskalator sökülərək yeni, müasir eskalatorlarla əvəzlənir. Eskalatorla yanaşı, stansiyanın birinci vestibülü də təmir edilir.

 
 
 
Mənbə: Trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275