NƏQLİYYAT

Selin dağıtdığı yol bərpa olunub - ŞƏKİDƏ
15 İYUL
129

Selin dağıtdığı yol bərpa olunub - ŞƏKİDƏ

2016-07-15 10:51:00

Şəkidə sel sularının təsirindən yuyularaq sıradan çıxan yol bərpa olunub. "Azəravtoyol" ASC-dən fins.az-a verilən xəbərə görə, leysan yağışları nəticəsində Biləcik çayına gələn güclü sel səbəbi ilə Cunut kəndinə gediş-gəliş çətinləşmişdi.

“Azəravtoyol” ASC-nin ağır texnikası və canlı qüvvəsi qısa müddətdə sel suları nəticəsində yuyularaq sıradan çıxan yolda avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Qeyd edək ki, son aylar ərzində intensiv yağıntılar və sel suları nəticəsində Daşkəsən, Gədəbəy, Qazax, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Lerik, Şəki və digər rayonlarda avtomobil yollarına ziyan dəymiş, Bakı - Şamaxı - Yevlax avtomobil yolunun Qobustan, Şamaxı rayonları ərazisindən keçən hissəsində, Ağsu dolaylarında, Muğanlı - İsmayıllı, Lənkəran - Lerik, Masallı – Yardımlı, Basqal-Sulut və digər avtomobil yollarında torpaq sürüşmələri daha da aktivləşdiyindən avtonəqliyyat vasitələrinin hərəkətində qısa müddətli problemlər yaranıb.Artıq sözügedən ərazilərdə hərəkətin fasiləsizliyi təmin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275