NƏQLİYYAT

Bakıda "Alstom" tramvayları təqdim ediləcək
11 MAY
1137

Bakıda "Alstom" tramvayları təqdim ediləcək

2016-05-11 08:47:00

"Alstom" şirkəti bu gündən başlayaraq mayın 13-nə qədər Bakıda keçiriləcək "TransCaspian" nəqliyyat sərgisində iştirak edəcək. Fins.az xəbər verir ki, sərgi müddətində "Alstom" "Citadis" tramvaylarını nümayiş etdirəcək. Bu tramvaylara əlil arabaları rahatlıqla daxil ola bilir. Müasir tramvay səmərəlilik, sərnişin tutumu, sürət və təhlükəsizlik ilə bağlı şəhərin ictimai nəqliyyatı üçün yeni imkanlar yaradır. Tramvay digər nəqliyyat vasitələri ilə müqayisədə daha az CO2 emissiyası ixrac edir.

"Alstom", həmçinin inkişaf etməkdə olan şəhərlər üçün "Attactis" kompleks tramvay sistemini təqdim edəcək. Bu həll sifarişçilərin "tam təslim" layihələrinin yerinə yetirilməsi sistemi ilə bağlı artan tələblərinə cavab verir və şəhər tramvay sistemini 30 aylıq rekord qısa müddətə bir podratçı ilə tamamilə tikməyə imkan verir. Ənənəvi tramvay sistemləri ilə müqaisədə bu həll əldə etmək xərclərini və məhsulun umumi dəyərini optimallaşdıraraq investisiyada 20% qənaət edir.

Əlavə olaraq, "Alstom" uzunluq, en, forma, oturacaqların yerləşdirilməsi, sərnişinlərin məlumatlandırılması və təhlükəsizlik avadanlıqları kimi bir sıra müxtəlif konfiqurasiya imkanlarına malik yüksək etibarlı "Metropolis" metro vaqonlarını təqdim edəcək. 2015-ci ildə "Alstom" Bakı Metropoliteni üçün 5 vaqonlu 3 ədəd yeni qatar təchiz edib. Bu metro qatarları, sərnişin axınını optimallaşdıran keçidli vaqonlardan ibarətdir və qatar hərəkətdə olarkən sərnişinlərin təhlükəsizliyini artırmaq üçün qapıların yanında şaquli əl tutacaqları quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275