MÜSAHİBƏ

Toxumçuluq sahəsinin gücləndirilməsi üçün hansı addımlar atılır? - MÜSAHİBƏ
03 AVQUST
284

Toxumçuluq sahəsinin gücləndirilməsi üçün hansı addımlar atılır? - MÜSAHİBƏ

2018-08-03 12:07:00

“Bu ilki biçinin nəticələrinə görə, 80 min ton toxum istehsalı həyata keçirilib”. Bu fikiri Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov deyib. 
- Bəs ölkənin toxum təlabatı nə qədərdir? 
- 1 milyon hektara yaxın taxıl əkirik ölkədə. Bunun 670 min hektarı,   təxminən 600 min hektarı buğdadır.1 hektara əkin norması 200 kq götürsək 120 min ton elə taxılın toxumu lazımdır. Üstəgəl, arpa da var. 350 min hektarda arpa əkirik. Bunu da hektara 160 kq-dan hesablayanda biz ümumi təlabatımızın 50-60%-ni təmin edirik. Yəni, sertifikatlaşmış toxumdan söhbət gedir. Amma bizim sertifikatlaşmamış yüksək toxumlarımız da var. Hansı ki, toxumluq üçün yararlıdır və reproduksiyası bilinmir. Amma keyfiyyət baxımından laboratoriyada təhlil olunur, sort qarışığı az olan  və yaxud da olmayan eyni zamanda, cücərmə qabliyyəti, cücərmə enerjisi, zibillik faizi standartların tələblərinə cavab verən toxumlarda var, bularda əkilir. Bütövlükdə, yerli istehsal üzərində əsas bizim yerli sortların toxumçuluğunun təşkili sahəsində 70-80%-ə qədər özümüzü təmin edirik. Çatışmayan hissəsi digər ölkələrdən - Rusiyadan və başka ölkələrdən idxal hesabına formalaşır.
- Ölkəyə bu qədər toxum, ting gətirilir. Deməli, hamısı sınaqdan keçirilməlidir...
- Əlbəttdə, birmənalı olaraq. Qanunvericilik bunu tələb edir. Ölkəyə idxal olunan məhsullar, istər dənli bitkilərin, istər çoxillik əkmələr  sınağa qəbul olunmalıdır. Sınaqda keçirilir və sonra icazə verilir ki, o idxal oluna bilər. Yerli  şəraitə uyğundursa, dövlət reysterinə həmin sort daxil edilir və ondan sonra onun respublikaya idxalında heç bir məhdudiyyət yoxdur. Gömrükdə də heç bir rüsum olmadan sərbəst şəkildə gətirib ölkədə yayımını təşkil edə bilərlər.
- Toxumçuluq sahəsinin gücləndirilməsi üçün hansı addımlar atılır? 
- Hədəfimiz fermerləri hər bir bölgədə, bölgəyə uyğun rayonlaşmış, o bölgə üçün əlverişli hesab edilən toxumlarla təmin etməkdir. Bununla bağlı Toxum Fondu yaradılıb, əsasnaməsinə uyğun olaraq bölgədə istehsal müəssisəsi yaradırıq, əsas taxılçılıq rayonları nəzərdə tutulub. Xaçmazda,Şəkidə, Cəlilabadda, Ağcabədidə  və Qobustanda yaradılması nəzərdə tutulub. dağlıq şirvan bölgəsi üçün. Bu müəssələr yaradılır  və istehsal gücü saatda 5 tondur. Məqsəd odur ki, istehsal olunan toxumluq məhsul burda təmiz çeşidlənsin, qablaşdırılsın, dərmanlansın və etiketlənərək istehsalçılara keyfiyyətli şəkildə təqdim olunsun. 
- İstehsalçıların dənli, paxlalı və tərəvəz toxumlarına ciddi təlabatları var...
- Bu istiqamətdə bizim boşluqlarımız var, məsələn, qarğıdalı sahəsində indi sortlardan yox, hibritlərindən istifadə olunur. Hibrit toxumlarından istifadə olunmalıdır. Çox təəssüf ki, hibrit toxumlarla özümüzü təmin edə bilmirik, istehsal çox aşağı səviyyədədir. Tədqiqat institutlarımız bu sahədə işlərini qurmalıdır, toxumçuluq təşkil edilməli, hibrit toxumu ölkəmizdə istehsal olunmalıdır. Digər tərəvəz bitkiləri hansı ki, istixanalarda istifadə olunur, açıq quruntda istifadə olunur, bularda əsas birinci nəsil hibritdi, bunlarında əksəriyyəti xaricdə istehsal olunur. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, daxili istehsalla fermerlərimizi təmin edək və idxaldan azad olaq, ixrac imkanları yaradaq. Bununla əlaqədar Tərəvəzçilik Elmi -Tədqiqat İnstitutunda müasir standartlara cavab verən layihə həyata keçirilir. İsrail şirkəti ilə  birgə əməkdaşlıq sayəsində  toxumçuluq sistemi yaratmaq, gələcəkdə hibrit toxumlarının, tərəvəz toxumlarının eyni zamanda, virussuz kartof toxumunun istehsalını bu mərkəzdə həyata keçirmək nəzərdə tutulub. Məqsədimiz virussuz kartof toxumları ilə ölkəni təmin etməkdir, burda da boşluq var. Yüksək keyfiyyətli, virussuz, standartların tələblərinə cavab verən toxum istehsalımız aşağıdır.  Mərkəzin fəaliyyəti biotexnoloji metodla kartof toxumu istehsal edib fermerləri təmin etməkdir. Eyni zamanda, istixana təsərrüfatlarını hibrid və tərəvəz toxumları ilə (pomidor, xiyar toxumları və s.) təmin etmək nəzərdə tutulub. İlkin olaraq təlabatımızın bir hissəsini ödəyəcək.

Nicat Nəsirli
“Aqrobiznes
” 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251