MÜSAHİBƏ

“METAK İstiqrazları”nı almaq niyə sərfəlidir? – MÜSAHİBƏ
06 FEVRAL
1986

“METAK İstiqrazları”nı almaq niyə sərfəlidir? – MÜSAHİBƏ

2018-02-06 10:14:00

Fins.az “Metak İstiqrazları” ilə bağlı "AzFinance" İnvestisiya Şirkətinin direktor müavini İntiqam Səfərəliyevlə olan müsahibəni təqdim edir:

- İntiqam bəy, investisiya bazarına yeni bir yatırım imkanı - “METAK istiqrazları” çıxarılıb. Əvvəlcə bu istiqrazlarla bizi tanış edərdiniz. “METAK istiqrazları” investora illik nə qədər gəlir gətirəcək?

METAK istiqrazları” investora manatda investisiya edib illik 14% gəlir əldə etmək imkanı verən bir illik istiqrazlardır. Faizlər 3 aydan bir ödəniləcəkdir. Bir istiqrazların nominal dəyəri 1000 AZN təşkil edir və cəmi satışa 2000 ədəd istiqraz çıxarılıb. 100 000 AZN investisiya edən investor bir ilə 14 000 AZN gəlir əldə edəcəkdir və bu gəliri hər 3 aydan bir 3 500 AZN olmaqla alacaqdır. 29.01.2019 tarixində isə 100 000 AZN-i geri alacaqdır.

- Bu istiqrazların potensial müştəriləri kimlər ola bilər?

-“METAK istiqrazları”nı istənilən hüquqi və fiziki şəxs əldə edə bilər və fiziki şəxslər bu investisiyadan heç bir vergi ödəmirlər.

- “METAK İstiqrazları” digər istiqrazlardan üstünlüyü nədir? Məsələn, investor niyə SOCAR istiqrazlarını deyil, məhz “METAKİstiqrazları”nı seçməlidir?

Əvvəlcə, gəlin SOCAR istiqrazı və METAK istiqrazının fərqli cəhətlərini müəyyən edək. SOCAR istiqrazları dollarla 5% gəlir təklif edir. “METAK istiqrazları isə manatla 14% gəlir imkanı deməkdir. Yəni, SOCAR istiqrazları dollara etibar edən investorlar tərəfindən alınır.METAK istiqrazlarına isə manatın gələcəyinə inamla yanaşan investorlar maraq göstərir. Hər iki istiqraz korporativ və kuponlu istiqrazdır. METAK İstiqraz”larının üstünlüyünə gəlincə, bu istiqrazlar cəmi 1 illikdir. Ümumiyyətlə, istiqrazları təhlil edən zaman onun emitentini yəni “METAK”ı təhlil etmək lazımdır. Biz “METAK”a etibar etdiyimiz üçün bu istiqrazların yerləşdirilməsində iştirak etdik və bütün emissiyanı bir gün ərzində yerləşdirdik.

- “METAK istiqrazları” likviddirmi?

Biz bu istiqamətdə addımlar atırıq. Hal hazırda istiqrazları alan istənilən şəxs onu geri satmaq istədiyi halda biz istiqrazları alacağıq. 6 aydan sonra isə ““METAK”ın özünün bu istiqrazları almaq öhdəliyi yaranır. Bu istiqrazlar üzrə marketmeyker olmağı nəzərdə tutmuşuq. Sadəcə proses bizdən asılı olmayan səbəblərə görə gecikir. Qısa müddət ərzində bu prosesi həll edib gündəlik istiqrazlar üzrə marketmeyker kimi alış və satış təklifləri verəcəyik və istənilən investor heç bir əziyyət çəkmədən bir telefon zəngi ilə istiqrazları bizə satıb günün sonunda vəsaitini götürəcəkdir.

- Bu istiqrazları necə əldə etmək olar?

METAK istiqrazları”nı “AzFinance” və digər investisiya şirkətlərindən yalnız təkrar bazardan almaq mümkündür.

- “METAK istiqrazları”nın növbəti emissiyası xarici valyuta ilə ola bilərmi?

- Bu həmin dövr üçün bazar tələbindən asılıdır.

- “METAK”la yanaşı, başqa hansısa şirkət istiqraz emissiyası üçün müraciət edibmi?

Bununla bağlı bir neçə müraciət var. Bu istiqamətdə işlər davam etdirilir.

- İri şirkətlərin istiqraz vasitəsilə vəsait cəlb etməsi bank kreditlərinə tələbatı aşağı sala bilərmi və bu halda kredit faizlərinə təsiri mümkündürmü?

-Hazırki dövrdə istiqraz vasitəsilə vəsait cəlb etmə üsulu çox yayılmayıb. Bunun səbəbləri çoxdur. Bir çoxları bu üsulu əvvəllər yoxlamadığı üçün çəkinirlər. Əlbəttə ki, gələcəkdə istiqraz vasitəsi ilə pul cəlb etmə kütləviləşsə, hüquqi şəxslər borclanma faizini özləri müəyyən edəcəklər.

Müəllif: Rahim Tarıverdiyev

Eləcə də bax: “2018 sığorta sektoru üçün daha canlı il olacaq” – MÜSAHİBƏ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258