MÜSABİQƏ

"Neftçi" və "Qəbələ" Avropa Liqasında cavab oyunlarına çıxacaq
01 AVQUST
200

"Neftçi" və "Qəbələ" Avropa Liqasında cavab oyunlarına çıxacaq

2019-08-01 10:54:00

Bu gün "Qəbələ" və "Neftçi" komandaları UEFA Avropa Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirəcəklər.

Fins.az-ın məlumatına görə, "qırmızı-qaralar" Gürcüstanda "Dinamo" ilə üz-üzə gələcək. Sənan Qurbanovun baş məşqçisi olduğu kollektiv evdəki məğlubiyyətin (0:2) əvəzini Tbilisidə çıxmağa çalışacaq.

Əyalət təmsilçisi Qəbələ şəhər stadionunda 41-ci dəqiqədə Levan Katulya, 87-ci dəqiqədə Arfanq Daffenin qolları ilə uduzub. Ölkə kubokunun sahibi "Dinamo"nu 2:0 hesabı ilə üstələyə bilsə, görüşdə əlavə vaxt oynanılacaq. Qarşılaşma Finlandiyalı hakimlərə tapşırılıb.

Flaqman isə "Bakcell Arena"da Rusiya "Arsenal"ını qəbul edəcək. Tulada rəqibini 1:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi cavab matçında sərfəli nəticə qazanmağa cəhd göstərəcək. Səfərdə Dario Frederikonun 45-ci dəqiqədə vurduğu qol "Neftçi"yə qələbə qazandırıb. Görüşü Maltadan olan hakimlər briqadası idarə edəcək. 

UEFA Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları 

21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) - “Qəbələ”
Baş hakim: Petri Vilyanen

Baş hakimin köməkçiləri: Riku Vihreavuori, Mika Lamppu

Dördüncü hakim: Dennis Antamo (hamısı Finlandiya)

Hakim-inspektor: Yens Larsen (Danimarka)

UEFA nümayəndəsi: Sergey Lisnik (Moldava)

Tbilisi. Boris Payçadze adına stadion

İlk oyun – 2:0

21:00. "Neftçi" - "Arsenal" (Rusiya) 

Baş hakim: Alan Mario Sant

Baş hakimin köməkçiləri: Ona Edvard Spiteri, Roberto Vella

Dördüncü hakim: Malkolm Spiteri (hamısı Malta)

Hakim-inspektor: Mika Peltola (Finlandiya) 

UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)

"Bakcell Arena" 

İlk oyun – 1:0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır