KADR İŞİ

İcra başçısı 3 şöbəyə yeni müdir təyin etdi
07 NOYABR
409

İcra başçısı 3 şöbəyə yeni müdir təyin etdi

2018-11-07 17:37:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin yeni baş memarını təyin edib.

Fins.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi saytına istinadən xəbər verir ki, Niyazi Bayramov şəhərin Memarlıq və tikinti şöbəsinə Elxan Məmmədovu təyin edib.

Eləcə də bax:Səfər Mehdiyevdən rəis təyinatı

İcra başçısı həmçinin bir müddət əvvəl boş qalan Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektorunun müdiri vəzifəsinə Səbinə Axundovanı və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinə isə Ramil Orucov təyin edib.

Xatırladaq ki, bu ilin avqust ayında ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə Niyazi Bayramov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.

©Modern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258