KADR İŞİ

Yeni məzun olanlara iş tapmaq üçün FAYDALI TÖVSİYƏLƏR
12 SENTYABR
181

Yeni məzun olanlara iş tapmaq üçün FAYDALI TÖVSİYƏLƏR

2018-09-12 10:26:00

Universitetdən yenicə məzun olmusunuz və iş elanlarına baxıb özünüzü kifayət qədər uyğun hesab etmirsiniz? Onlarca CV göndərmisiniz, amma yenə də sizi istədiyiniz işə götürmürlər? Günümüzün tələblərinin getdikcə artdığını və hər ötən gün yeni peşə sahələrinin yarandığını nəzərə alsaq, iş tapmağın çətinliyi aşkardır.

Odur ki, bugünki məqaləmizdə ali təhsili yenicə başa vurub iş həyatına başlamaq istəyənlər üçün bəzi tövsiyələr qeyd etmişik.

1. Yolun əvvəlində olduğunuzu unutmayın.

3ym55k - Yeni Mezun Mühendislere İş Hayatında Yardımcı Olacak 8 Tavsiye
3ym55k - Yeni Mezun Mühendislere İş Hayatında Yardımcı Olacak 8 Tavsiye

Hansı ixtisas üzrə məzun olmağınızdan asılı olmayaraq tez-tez eşitdiyiniz “bir işdən başla, sonra istəyinə görə dəyişərsən, daha yolun əvvəlindəsən” şablon ifadəsi artıq günümüzdə kifayət qədər real səslənməsə də, siz başlamaqdan çəkinməyin. Hər bir yeni başladığınız yolun əvvəlində çətinliklər olur, bu sizi ruhdan salmasın.

SW Career Coaching (Britaniya) şirkətində karyera təlimatçısı Sally Walker yazır: Əgər sizin real iş təcrübəniz yoxdursa, hazırladığınız CV-də ixtisasınızı vurğulayan məqamlar daha çox olmalıdır.

Həmçinin oxu: Öz müraciət formaları ilə istədikləri işə qəbul olan namizədlər

2. Cəhd etməkdən qorxmayın.

dlik7m - Yeni Mezun Mühendislere İş Hayatında Yardımcı Olacak 8 Tavsiye
dlik7m - Yeni Mezun Mühendislere İş Hayatında Yardımcı Olacak 8 Tavsiye

İş axtarmağın özünə bir iş kimi yanaşın. Hər səhər tezdən oyanın və sanki işə gedirmişsiniz kimi kompüterin arxasına keçib yeni iş elanlarını nəzərdən keçirin. Dəfələrlə rədd cavabı almaqdan və yenidən cəhd etməkdən çəkinməyin.

3. Yeniliklərdən xəbərdar olun.

2ro2pd - Yeni Mezun Mühendislere İş Hayatında Yardımcı Olacak 8 Tavsiye
2ro2pd - Yeni Mezun Mühendislere İş Hayatında Yardımcı Olacak 8 Tavsiye

Universitet təhsili zamanı əldə etdiyiniz məlumatlarla kifayətlənməyin, zamanın tələbi ilə ayaqlaşan yeniliklərdən hər zaman xəbərdar olun.

4 Təcrübə qazanmaq əsas hədəfiniz olsun.

o37yd5 - Yeni Mezun Mühendislere İş Hayatında Yardımcı Olacak 8 Tavsiye
o37yd5 - Yeni Mezun Mühendislere İş Hayatında Yardımcı Olacak 8 Tavsiye

Təhsil həyatı sizə nə qədər çox bilgi qazandırmış olsa da, iş həyatında uğur qazanmaq üçün təcrübə xüsusi əhəmiyyət daşıyır.

“Nonstop Recruitment Schweiz AG” işədüzəltmə şirkətinin Praqa filialının direktoru Oliver Donoghue məsləhət görür ki, hətta arzunuza uyğun olmasa belə, ixtisasınıza uyğun sahədə çalışasınız və təcrübə toplayasınız.

5. Fərqli sahələri də öyrənməyə çalışın.

efedpf - Yeni Mezun Mühendislere İş Hayatında Yardımcı Olacak 8 Tavsiye
efedpf - Yeni Mezun Mühendislere İş Hayatında Yardımcı Olacak 8 Tavsiye

Əgər bir neçə vəzifəyə ərizə verib hələ də işsiz qalmısınızsa, istədiyiniz iş sahələrinə yaxın başqa sahələrə nəzər yetirin. Düzdür, vaxtınızı daha çox öz ixtisasınız üzrə təcrübə yığmağa həsr etməyiniz tövsiyə olunsa da, Oliver Donoghue qeyd edir ki, "İşədüzəlmə sferasında perspektivlər heç də həmişə bizim aldığımız təhsilə uyğun olmur. Bəzən karyera nərdivanı ilə dırmanmaq üçün kənara bir addım etmək lazım gəlir.”

Məzun olduğunuz ixtisasdan asılı olmayaraq günümüzün tələbinə uyğun olaraq informasiya texnologiyaları və kompüter elmləri üzrə məlumatlı olmağınız zəruridir. Öz ixtisasınızdan fərqli bir sahəni öyrənmək üçün həmin sahə üzrə təcrübə proqramlarından iştirak etmək faydalı ola bilər. Bu yeni sahənin mütəxəssisi olmağınıza ehtiyac yoxdur, əsas odur ki, iş verənlərin tələbini qarşılaya biləsiniz.

6. Şəxsi və peşəkar inkişaf əsas qayəniz olsun.

eu4ycu - Yeni Mezun Mühendislere İş Hayatında Yardımcı Olacak 8 Tavsiye
eu4ycu - Yeni Mezun Mühendislere İş Hayatında Yardımcı Olacak 8 Tavsiye

Çalışqan olmaq əsas meyarlardan biridir. Heç kəs sizdən iş həyatının əvvəlində mütəxəssis olmağınızı və ya birbaşa ən yüksək vəzifədə çalışmağa başlamağınızı gözləmir. Səhvlərindən nəticə çıxaran, əksiklərini görüb özünü inkişaf etdirən insan vaxt keçdikcə iş həyatında qarşılaşdığı problemləri də öz təcrübəsi ilə asanlıqla həll edəcəkdir.

Müntəzəm olaraq yeni məlumatlar araşdırmaq, öyrənmək və ixtisasınızla bağlı tələbə olarkən sizə tədris edilən proqramları təkrarlamaq faydalı olacaqdır. İnternetdən əldə edə bilmədiyiniz məlumatların araşdırılması üçün kitabxanalara getməyi və ümumiyyətlə kitab oxuma vərdişini inkişaf etdirməyi unutmamalısınız.

© Banco.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253