KADR İŞİ

Starbucks-ın sabiq rəhbəri Hovard Şultsun prinsipləri
20 İYUN
375

Starbucks-ın sabiq rəhbəri Hovard Şultsun prinsipləri

2018-06-20 11:26:00

Əslində məsələ qəhvədə deyil

Starbucks şəbəkəsinin İdarə Heyətinin sədri və ortaq sahibi 64 yaşlı Hovard Şultz şirkətdə 30 illik fəaliyyətdən sonra postunu tərk edir. Kompaniya onun rəhbərliyi altında ilk ABŞ-da 11 dükanlıq şirkəti dünyanın 77 ölkəsində açılmış 28 min dükanlıq böyük korporasiyaya qədər artmışdır. Amerika mətbuatı hesab edir ki, 2020-ci ildə Şultsun prezident seçkilərində iştirakı gözlənilir. Əvvəllər o sabiq prezident Barak Obamanı və prezidentliyə namizəd Hillari Klintanı aktiv dəstəkləyirdi. “Secret” Şultsu bir insan və menecer kimi xarakterizə edən ifadələr toplusunu təqdim edir.

Radikal qonaqpərvərlik haqqında

Həyatdan nümunə. Takomada (Vaşinqton ştatı) bir qadın barista hər gün bir qadın müştəriyə xidmət edirdi,sonda onlar dostlaşdılar. Bir dəfə o müştərinin naxoş olduğunu hiss etdi. Özündə cəsarət toplayıb, soruşdu: “Siz yaxşı görünmürsüz. Nəsə olub? ” Qadın ona cavab verir:” Transplantasiya üçün böyrək tapmasam, öləcəm “. Və möcüzə baş verdi. Baristayla bu qadının böyrək uyğunluğu meydana çıxdı və o, donor olmaq qərarına gəldi. Bu inanılmaz idi! Bu hekayəni eşitdikdən sonra avtomobilə mindim və həmin işçiyə “Sən kimsən? Həyatımda belə bir hekayə eşitməmişəm! “sözlərini demək üçün Takomaya yollandım.

Sahibkarlıq haqqında

Hər kəs sahibkar ola bilmir. Bəli, yüksəlişlər həyəcanverici ola bilər, mükafatlar isə qiymətsiz. Amma enmələr də olur və bunlar ürəyinizi belə qıra bilər. Sahibkar öz işini o qədər sevməlidir ki, çəkdiyi bütün itkiləri, çətinlikləri, ağrıları və xərclədiyi vaxtı qurban verməyə hazır olsun. Başqa bir işlə məşğul olmaq ağlına belə gəlməsin.

Related image
Related image

Motivasiya haqqında

Böyüməyə və inkişaf etməyə cəhd etmədiyiniz halda şirkətə güclü insanları işə cəlb edə və ya burada saxlaya bilməzsiniz. Heç kim gecə evinə bu fikirlə gəlmək istəmir: “Mən sadəcə dəyişən bir şirkətdə çalışıram”. Bu maraqlı deyil.  İnsanlara ümid vermək, onların ambisiyalarını gücləndirmək, gələcək baxışlarını bölüşmək vacibdir. Mən şirkəti əvvəlki formaya qaytarmaq üçün “Starbucks”a qayıtmadım (2000-ci ildə Şults CEO vəzifəsindən istefa verdi və idarə heyətinin rəhbəri oldu, lakin 2008-ci ildə şəbəkəni böhrandan xilas etmək üçün geri dönməyə məcbur oldu.- Qeyd: “Secret”). Onu böyütmək və inkişaf etdirmək fikrindəydim.

Korporativ mədəniyyət haqqında

60 ölkədə təxminən 200 min işçimiz var. Biz müxtəlif dillərdə danışan, fərqli adətlərə malik, müxtəlif siyasi fikirləri olan insanları Starbucks korporativ mədəniyyətinə inteqrasiya etmək lazım gəlirdi. Starbucks mədəniyyəti və dəyərləri İordaniya, Sinqapur və ya Malayziya, eyni dərəcədə də Sietl (Vaşinqton) üçün uyğun olduğunu öyrənəndə xeyli təəccübləndim. İşçi və ya müştəri olmağınızdan asılı olmayaraq istəyirsiz ki, sizə hörmət edib dəyər versinlər.

Image result for howard schultz starbucks
Image result for howard schultz starbucks

Rəhbərlər və işçilər haqqında

Əgər özünüz  menecment baxımdan əməkdaşların gözləntilərini doğrulda bilmirsinizsə, müştərilərinizi işçilər tərəfindən eyni münasibət gözləyir. Bu, belədir.

İşçilərə hörmət haqqında

Niyə Starbucks işçilərini sağlamlıq sığortası ilə təmin edir? Atama ona hörmət göstərəcək bir şirkətdə işləmək nəsib olmadı. Ö, heç bir təhsili olmayan müharibə veteranı idi. Görünür, mən şüuraltı  belə bir şirkət qurdum ki, orada atam məmnuniyyətlə işləyərdi, ancaq bu ona nəsib olmadı.

Liderlik haqqında

Düşünürəm ki, dövrümüzün lideri açıqlığı və yüksək qavrama qabiliyyətini nümayiş etməlidir. Bu deməkdir ki, o səmimi və təvazökar olmalıdır.  İnsanlara əminlik hissini yaşatmalı, sadəcə iyerarxiya vertikalını qurmamalıdır.

Starbucks-ın məşhurluğunun səbəbləri haqqında

Starbucks müştərilər üçün ikinci ev olmuşdur. Böyük Britaniyada olduğu kimi, pabları evləri kimi qəbul edirlər . Fərq yalnız içkidədir. İnsanlar Starbucks-a yalnız qəhvə üçün gəlmir, bura həmdə populyar görüş yerinə çevrilmişdir.

Rəqiblər haqqında

Dunkin’ Donuts-a görə məni yuxusuzluq narahat etmir.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250