KADR İŞİ

Dövlət qulluqçularının sayı açıqlanıb
13 İYUN
699

Dövlət qulluqçularının sayı açıqlanıb

2017-06-13 12:13:00

Bu il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 30,1 min nəfər olub və onların 28,6%-ni qadınlar təşkil edib. 
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, dövlət qulluqçularının 4,0%-i inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 76,2%-i 4-7-ci təsnifatları üzrə və 19,8%-i dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.  
Dövlət qulluqçularının 8,1%-i 1 ilə qədər, 27,4%-i 1 ildən 5 ilə qədər, 20,9%-i 5 ildən 10 ilə qədər, 16,8%-i 10 ildən 15 ilə qədər, 26,8%-i isə 15 il və daha çox qulluq stajına malikdir. 
Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 18,5%, 30-34 yaşda 15,2%, 35-44 yaşda 22,1%, 45-54 yaşda 23,2%, 55-62 yaşda 17,7%, 63-64 yaşda 2,1%, 65 və yuxarı yaşda 1,2% olub. 
Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1%-ni yerli icra hakimiyyəti başçısının müavinləri, 14,6%-ni şöbə müdirləri, 11,1%-ni şöbə müdirinin müavinləri, 8,2%-ni sektor müdirləri, 25,7%-ni baş məsləhətçilər, 5,2%-ni böyük məsləhətçilər, 12,8%-ni aparıcı məsləhətçilər və 21,3%-ni məsləhətçilər təşkil edib. Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 91,2% komplektləşdirilib. 
Dövlət qulluqçularının orta aylıq nominal əmək haqqı 2016-cı ildə 634,3 manat təşkil edib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287