KADR İŞİ

Məşhur şirkətlərdən iş təklifi - ƏMƏK YARMARKASI
01 DEKABR
2021

Məşhur şirkətlərdən iş təklifi - ƏMƏK YARMARKASI

2016-12-01 15:30:00

3 dekabrda “Karyera Günü və Əmək yarmarkası” adlı tədbir keçiriləcək. Yarmarkada “Koka Kola” “Hilton Otel” “Azərsun” “Asan kadr” “Procter and Gamble” “Dərs Evi” “Azərcell” və “Socar” kimi məşhur şirkətlər vakant yerlərini tədbir iştirakçılarına təqdim edəcəklər. Əmək yarmarkasına paralel olaraq müxtləlif ABŞ Dövlət proqramları məzunları tərəfindən uğurlu karyera qurmaq, şəbəkələşmə və müsahibə bacarığı, şəxsi brendin yaradılması və idarə edilməsi və digər mövzulardan bəhs edən karyera inkişaf sessiyaları təşkil olunacaqdır.

Bundan başqa tədbir,iştirakçılara karyerada yüksək mövqe qazanmış ABŞ təhsilli azərbaycanlı məzunlarla tanış olmaq və yerli şirkətlərlə əlaqə yaratmaq imkanı verəcək. Tədbir səhər 10-dan axşam 5-dək davam edəcək və iştirak pulsuzdur. Yarmarkada nəinki məzunlar həmçinin digər şəxslərdə iştirak edə bilərlər.

“Karyera Günü və Əmək yarmarkası” Azərbaycan Dillər Universitetinin əsas binasının 1-ci mərtəbəsində keçiriləcək. Tədbiri ABŞ Təhsilli Azərbaycanlı Məzunlar Assosiasiyası ABŞ-ın Azərbaycandakı səfirliyi və Bakı Amerika Mərkəzi təşkil edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274