KADR İŞİ

SOCAR-a necə işə düzəlmək olar? – AÇIQLAMA
12 OKTYABR
2080

SOCAR-a necə işə düzəlmək olar? – AÇIQLAMA

2016-10-12 12:40:00

Bu il SOCAR-ın təlim və tədris mərkəzlərinə qəbul edilən tələbələrin sayı artıb.  Ən çox tələbə Kadr Hazırlığının Təşkili Mərkəzinə (KHTM) qəbil edilib - 1 253 nəfər. Bu barədə fins.az-a SOCAR-in Təlim Tədris Sertifikatlaşdırma İdarəsinin əməkdaşı Rəsul Hacıyev məlumat verib.

Bildirib ki, gənclərin işlə təmin olunması məqsədilə şirkət pulsuz peşə təhsili xidməti yaradıb. Həmin  mərkəzlərdə ixtisaslı fəhlə kadrlarının hazırlanması gerçəkləşdirilir:  

“Bizdə peşə təhsili almaq istəyən gənclər socar.az saytında təlim mərkəzlərinə qəbul bölməsi vasitəsilə bizə müraciət edə bilərlər. Onlar qəbul olduqdan sonra 1 il ərzində bizdə təhsil alırlar. Və həmin şəxslər zamanla SOCAR-a işə qəbul olunurlar”.

R.Hacıyev qeyd edib ki,  mərkəzlərə müraciət edən şəxslərə seçim imkanı verilir: “İxtisasları biz təklif edirik, onlar seçim edirlər və topladıqları ballara uyğun fakültələrə yerləşdirilirlər. Onlar 1 il ərzində burada pulsuz təhsil alırlar, eyni zamanda əlaçı tələbələr 100 manat təqaüd  alırlar. Əsasən, fəhlə kadrları hazırlayırıq.  Bizim məzunlarımız 3-cü və 4-cü dərəcə ilə işə qəbul olunurlar. Əlavə olaraq hazırda çalışan əməkdaşlar üçün ixtisasartırma, yenidən hazırlama kursları təşkil edirik”. 

SOCAR-da 4-cü dərəcə ilə işə qəbul edilən kardların əmək haqqı təxminən 350 manat olur. 3-cü dərəcə alanlarda isə maaş 50-60 manat aşağı olur.  

R.Hacıyevin sözlərinə görə, şirktdəki vakansiyalar barədə saytdan məlumat almaq olar: “Bu barədə məlumatları saytımızdan əldə etmək olar. Hazırda  42 vakansiya üzrə elan verilib. Daha çox texniki ixtisaslara və iqtisadiyyat üzrə işçilər tələb olunur”.

SOCAR-ın tədris mərkəzlərində öyrədilən ixtisaslar şirkətin kadr tələbatından asılı olaraq hər il yenilənir. R.Hacıyev deyib  ki,  artıq bəzi ixtisaslara tələbat yoxdur:

«Məsələn, kimyəvi analiz laborantı ixtisası əvvəlki 2 ildə var idi. Ancaq bu il həmin sahə üzrə kvota dolub, tələbat  yoxdur. Ona görə həmin ixtisasa qəbul aparılmır. Əvəzində yeni ixtisaslar açılıb.  Məsələn, plasmas qaynaqçısı ixtisası yeni açılıb.  Bu ildən həmin sahədə də kadr hazırlayacağıq. Yeni ehtiyaclar yarandıqca ixtisaslar da açılır».

«Şahdəniz» layihəsinin genişlənməsi bu sahədə yeni işçilərə tələbatı artırıb. R.hacıyevin sözlərinə görə, yaxın  gələcəkdə  qaynaqçı, çilingər, montajmı kadrlarına tələbat yüksək olacaq.

Onu da deyək ki,  digər  iri  neft şirkətləri də SOCAR-ın təlim mərkəzlərində kadr hazırlığı üçün sifarişlər verirlər. R.Hacıyev bildirib ki,  “BP” şirkəti hazırladığı  kadrları hələki işlə təmin etməyib: 

“Əvvəl BP-nin öz təlim mərkəzləri vardı. Sonra bizdə davamlı olaraq 5-6 dəfə audit keçirdilər. Sonra  davamlı inkişaf layihəsi başladıq. Şirkət ildə 100 nəfərin hazırlanmasını  sifariş edir. Ancaq hələki onları işlə təmin etməyiblər”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272