İKT

Qulaqlıqlı eynəklər – yenilikçi olsa da, bir o qədər təəccüblüdür
03 OKTYABR
82

Qulaqlıqlı eynəklər – yenilikçi olsa da, bir o qədər təəccüblüdür

2019-10-03 15:59:00

İdeya çox ağlasığmaz səslənir: Bose Frames-in  günəş eynəklərinin və qulaqlığın bir arada olması nə qədər yenilikçi olsa da, bir o qədər təəccüblüdür.

Güman ki, bu, 2019-cu ilin yayının ən maraqlı qurğusu - Bose-Frames, yalnız gözlərinizi günəşdən qorumur, o həm də mikrofon və əlavə funksiyaları  olan Bluetooth qulaqlıqdır.

Fins.az xəbər verir ki, Bose Frames texniki baxımdan eyni olmaqla, iki versiyada mövcuddur. Çəkisi 49 qram olan gözlüklər təəccüblü dərəcədə yüngüldür.

Həmçinin bu eynək, tənzimlənmədiyinə görə hər kəs üçün rahat olmayacaq. Eynək olduqca böyükdür. Onun şüşələri bir-birini əvəz edir. Bose-Frames elektromaqnit radiasiyasından qoruyur, lakin parıltı əleyhinə örtüyə sahib deyil.

© TED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır