İKT

Huawei işçi axtarır – Aylıq 25 min ABŞ dolları əmək haqqı təklif edilir
30 İYUL
134

Huawei işçi axtarır – Aylıq 25 min ABŞ dolları əmək haqqı təklif edilir

2019-07-30 16:01:00

“Huawei”, texnologiyalarını daha sürətli və innovativ şəkildə inkişaf etdirmək üçün artıq fərqli planlar hazırlamağa başlayıb. Bu plana uyğun olaraq, şirkətin “Ar-Ge” şöbəsi, süni intellekt və oxşar sahələrdə yeni kəşflər edəcəkdir.

“Huawei” rəhbərləri şirkətin mobil sahədə irəliləməsindən əlavə, digər sahələrdə də daha innovativ və sürətli böyüyən bir şirkət olması üçün yeni işçilər axtarışındadır. Fins.az xəbər verir ki, yeni universitet məzunlarına üstünlük verən şirkət, aylıq 25 min dollar qarşılığında əməkdaşlar axtarır.

“Huawei”, ABŞ-ın sanksiyalarından sonra tədqiqat və inkişaf şöbələrinə daha çox diqqət ayırır. Yayılan məlumata görə, yaradıcı fikirləri olan və özlərini inkişaf etdirməyə çalışan yeni məzunlara illik 291.000 dollar maaş təklif etmək planlaşdırılır.  

Çinli şirkət, bu il “Ar-Ge” şöbəsinə daha 30 ixtisaslı işçi götürməyi planlaşdırır. Bu işə qəbul sayını 2020-ci ilə qədər 300-ə çatdırmağı hədəfləyən “Huawei”, məlumata görə, təkcə bakalavr və magistrlara deyil, həm də orta məktəb məzunlarına iş təklif edəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır