İKT

“Azərkosmos” bu il 19 milyon dollarlıq xidmət ixrac edib
30 İYUL
72

“Azərkosmos” bu il 19 milyon dollarlıq xidmət ixrac edib

2019-07-30 14:34:00

Bu ilin I yarısında “Azərkosmos” ASC 19 ölkəyə 18,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin iyul sayında bildirilir.

Məlumata görə, “Azərkosmos”un ixracdan əldə etdiyi gəlirlər onun ümumi gəlirlərinin 87,5%-ni təşkil edib.

Təkcə bu ilin iyun ayında isə səhmdar cəmiyyəti 18 ölkəyə 2,5 milyon dollar dəyərində xidmət ixrac edib. "Azərkosmos”un xidmətini idxal edən əsas ölkələr ABŞ, Malayziya, Fransa olub.

© Report

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır