İKT

İlk Meizu 5G smartfonu gələn il bazara çıxacaq
16 İYUL
106

İlk Meizu 5G smartfonu gələn il bazara çıxacaq

2019-07-16 18:04:00

Artıq dünya bazarında beşinci nəsil şəbəkələrdə işə dəstək verən bir neçə smartfon modeli mövcuddur, ilin sonuna kimi isə daha bir neçə yenilik satışa çıxarılacaq.

Fins.az xəbər verir ki, “Meizu” şirkətində belə bir qurğunun istehsalına heç tələsmirlər. Şirkətin baş direktoru bildirib ki, “Meizu”nun ilk 5G smartfonu yalnız gələn il bazara çıxacaq.

Nümayəndənin sözlərinə görə, şirkətin rəhbərliyində hələ belə bir modelin buraxılmasına tələsmirlər, çünki texnologiyanın özü hələ yetkin deyil və bu cür cihazların dəyəri olduqca yüksəkdir.

Həmçinin qeyd edilib ki, 5G modulu olan aparatlar "ağırdılar” və dördüncü nəsil şəbəkələrdə işləyərkən belə çoxlu enerjiyə ehtiyac duyurlar.

© Ted.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır