İKT

İşlətdikcə sahibinə pul qazandıran M1 smartfonu: cəmi 80 dollara
07 MART
256

İşlətdikcə sahibinə pul qazandıran M1 smartfonu: cəmi 80 dollara

2019-03-07 12:34:00

Kriptovalyuta bazarında öz valyutası ilə yer alan, block zənciri sektorunun ən diqqət çəkici üzvlərindən olan Electroneum, M1 adlı smartfon istehsal edir.

Belə ki, Android əməliyyat sistemi bulud bazası yarada bilir. Yəni işlədikcə sahibinə pul qazandırır.

Kriptovalyuta bazarı üçün güclü prosessorlara ehtiyac duyulur. Mərkəzi olmayan blok zəncirində baza yaratmağa yardımçı olan hər bir cihaz proseslərə uyğun olaraq öz payını alır. Alınan bu pay əgər birjalarda əməliyyat görən bir kripto pula məxsusdursa pul qazanır. Bitcoin, Ethereum və daha bir çox kripto pul bu şəkildə işləyir.

Kripto pul baza əldə etməyin bir yolu da var: Cloud baza. Mərkəzi prosessordan istifadə etmək əvəzinə, minlərlə cihazın ümumi şəbəkəsi ilə yüksək hesablama gücünə çatmaq olar. Electroneum da bulud bazalarının qanuni səviyyəyə çatdırılmasına əhəmiyyət verir.

Milli.Az chip.az-a istinadən bildirir ki,Electronum platforması 80 dollarlıq smartfon istehsal edib. Bu telefonun ən təəccüblü xüsusiyyəti, öz kripto pulları olan ETN-nin bazasını yerinə yetirmək qabiliyyətidir. M1 adlı cihaz, verilən açıqlamalara görə ayda 3 dollar dəyərində sahibinə Electronum (ETN) qazandıra bilər.

Qeyd: ETN hazırda $ 0.006 dollardır. Electroneum-un ümumi bazar dəyəri 56 milyon dollar təşkil edir. ETN-nin dəyəri artdıqda, smartfon sahiblərinin qazandığı ETN-lərin dollar dəyərləri də artır. Əlbəttə, əgər dəyər azalırsa, telefondan da az pul qazanırlır.

Hazırda istifadədə olan smartfonlardan fərqli olaraq Electronum M1-in bu imkanı onu cəlbedici edir.

M1 4G bağlantısına sahib, 8 GB RAM və 32 GB yaddaşla birlikdə istifadəyə veriləcək. Dual SIM kartlı cihaz 1.3 GHz sürətli prosessorla təchiz olunub. Əlbəttə ki, SD855 kimi bir prosessor daha yaxşı ola bilərdi.  Çünki, prosessorun güclü olması, bazanın yığılmasını sürətləndirir və daha çox qazanc yaradır. Amma bu cihazın qiymətinin 80 dolladan daha çox olmasına da gətirəcəkdi.

Arxa kamerası 5 MP, ön kamerası 2 MP olan  M1 bir sözlə qiymətinin haqqını verir. Şirkət cihazı ilk dəfə Cənubi Afrikada satışa təqdim edəcəyini açıqlayıb. İqtisadiyyatın yüksək səviyyədə olduğu regionlarda bu göstəricilərlə cihazın satışı gözlənilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262