İKT

Dövlət Gömrük Komitəsi vətəndaşların suallarını onlayn cavablandıracaq
04 MART
99

Dövlət Gömrük Komitəsi vətəndaşların suallarını onlayn cavablandıracaq

2019-03-04 14:22:00

Sabah Dövlət Gömrük Komitəsinin "Facebook" sosial şəbəkəsindəki səhifəsində canlı yayımda "Yaşıl Dəhliz" buraxılış sistemi və "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dair Nazirlər Kabinetinin 305 saylı qərarı ilə bağlı vətəndaşların sualları cavablandırılacaq.

Komitədən verilən məlumata görə, martın 5-də saat 12:00-dan 13:00-dək baş tutacaq canlı yayımda suallara komitənin mütəxəssisləri tərəfindən cavab veriləcək.

Qeyd edək ki, suallar yalnız mövzu ilə bağlı olmalıdır. Cavablandırılması üçün xüsusi araşdırma və vaxt tələb olunan suallara canlı yayımdan sonra müraciət edənlərin şəxsi mesaj qutularına göndərilən açıqlamalar vasitəsilə aydınlıq gətiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264