İKT

“Samsung” mənfəətinin 30%-ə yaxın azalacağını proqnozlaşdırıb
08 YANVAR
196

“Samsung” mənfəətinin 30%-ə yaxın azalacağını proqnozlaşdırıb

2019-01-08 18:55:00

Cənubi Koreyanın “Samsung” şirkəti dördüncü rübdə əməliyyat mənfəətinin 28,7% azalaraq 10,8 trilyon (9,67 mlrd. dollar) von olacaqını proqnozlaşdırır.

Fins.az xəbər verir ki, analitiklər şirkətin mənfəətini orta hesabla 13,2 trilyon von həddində proqnozlaşdırırdılar. Beləliklə “Samsung”un öz proqnozu ekspertlərin gözləntilərindən 18% daha pis olub.

Şirkət 4-cü rüb üzrə gəlirinin 59 trilyon von həddində gözləyir ki, bu da 2017-ci ilin eyni dövrünün göstəricisindən 10,6% azdır.

Şirkətin səhmlərinin qiyməti çərşənbə axşamı Seuldakı ticarətin yekununda 1,7% azalıb. Son bir ildə isə onun kapitallaşması 25%aşağı düşüb.

© Finans.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266