İKT

Səsgücləndiricilərə son: LG G8-dən maraqlı yenilik
05 YANVAR
191

Səsgücləndiricilərə son: LG G8-dən maraqlı yenilik

2019-01-05 12:00:00

Fins.az-ın məlumatına görə, OnLeaks ləqəbi ilə tanınan məşhur insayderdən bildirilib ki, LG G8 flaqman smartfonu əvvəlki modellər kimi olmayacaq. Belə ki, smartfonun əsas özəlliyi, onun Sound on Display texnologiyasında olacaq. Bu texnologiya öz növbəsində smartfonda səsgücləndiricidən imtina etməyə imkan verir və bunun sayəsində daha böyük ölçülü ekrandan istifadə üçün şərait yaradır. Bununla belə səsgücləndiricilərin olmamasına görə səs ekranın özündən gəlir. Belə ki, ekran vibrasiyalar və insanın sümük keçiriciliyi (insanın kəllə sümüyü vasitəsilə daxili qulağa səsin ötürülməsi) vasitəsilə səsi generasiya edəcək. LG G8-də şirkətin öz texnologiyasından və ya Samsung-un texnologiyasından istifadə ediləcəyi hələki bilinmir. Qeyd etmək lazımdır ki, Samsung artıq uzun müddətdir ki, bu texnologiya üzərində çalışır. Bəzi məlumatlara əsasən şirkət bu sahədəki texnologiyalarını artıq bir neçə gündən sonra start götürəcək CES 2019 sərgisində təqdim etməyi planlaşdırır. Buna baxmayaraq LG şirkəti də bu sahədə yenilikçi deyil. Belə ki, şirkətin LG Crystal Sound OLED adlı televizor modeli də məhz bu texnologiyadan istifadə edir. Həmin televizorda səs vibrasiyalar vasitəsilə ötürülür. Bununla belə ötürülən səs güclü, təmiz olur və televizor ekranına heç bir zərər vermir. LG G8 flaqman smartfonu bu ilin birinci yarısında təqdim olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256