İKT

48 meqapiksellik kameraya malik qabaqcıl “Honor” smartfonu təqdim edilib
27 DEKABR 2018
128

48 meqapiksellik kameraya malik qabaqcıl “Honor” smartfonu təqdim edilib

2018-12-27 15:39:00

“Huawei” şirkəti “Honor V20”  smartfonunu təqdim edib.
Əsas arxa kamera yayda təqdim edilmiş 48 meqapiksellik “Sony IMX586”  CMOS-sensorudur. “48MP AI HDR” funksiyası süni intellekt sistemindən istifadə nəticəsində 48 meqapiksellik şəkillər çəkməyə imkan verəcək.
Fins.az xəbər verir ki,  smartfon “Full HD+” (1080x2310 piksel) təsvir ölçülü 6,4 düymlük ekran, 25 meqapiksellik ön kamera, 48 meqapiksellik əsas ikiqat kamera, arxa paneldə barmaq izləri skaneri ilə təchiz edilib. 4000 milliamper/saat tutumlu akkumulyator 22,5 vatt gücündə sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir.
Smartfon “Kirin 980” qabaqcıl prosessoru, 6/8 QB-lıq əməli yaddaş, 128/256 QB-lıq daxili fləş yaddaşla təchiz edilib.
2 ədəd SİM kart, “4G VoLTE”, “Wi-Fi (802.11 ac)”, “Bluetooth 5 LE”, “GPS”, “NFC” texnologiyaları, “USB Type-C” portu mövcuddur.
Smartfon “EMUI 9.0” interfeysli “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Aparatın ölçüləri 157,32x75,13x 8,3 mm, çəkisi isə 206 qr-dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256