İKT

"Acer" Azərbaycanın geyminq və ultrabuk seqmentini hədəfə alıb
04 DEKABR
91

"Acer" Azərbaycanın geyminq və ultrabuk seqmentini hədəfə alıb

2018-12-04 09:51:00

Ötən gün Bakıda kompüter istehsalı üzrə dünya liderlərindən biri sayılan "Acer" şirkətinin mətbuat konfransı keçirilib.

Fins.az xəbər verir ki, "Acer Across Caucasus" şüarı altında keçirilən tədbirdə şirkətin ilk dəfə Berlində “IFA 2018” 58-ci beynəlxalq sərgi çərçivəsində təqdim edilən yeni məhsulları nümayiş olunub.

“Acer"in vitse-prezidenti Qriqori Nizovski şirkətin Azərbaycan bazarı üzrə yeni strategiyası haqqında danışıb, region üzrə iqtisadi göstəricilərini diqqətə çatdırıb və müxtəlif istehlakçıların tələblərini ödəyə biləcək yeni aparıcı məhsullardan danışıb. Onun sözlərinə görə, “Acer" Azərbaycanda fokusu yüksək gəlirli seqmentə doğru dəyişir.

"Acer” insan və texnologiya arasında maneə saxlamayan bir gələcək yaradır. Kommunikasiya naminə azadlıq və vüsət – şirkətin əsəs strategiyasıdır. Geniş noutbuk çeşidi istənilən istifadəçiyə ideal həlli tapmaq üçün imkan yaradır. Oyun noutbukları isə geymerlərə öz otağlarından çıxıb, məşqlərini park və ya kafelərdə keçirməyə imkan verir. Dünya hər gün dəyişir, biz isə istifadəçilərimizin öz mühüm məsələlərini olduqca asan və səmərəli həll etmələri üçün məhsullarımızı təkmilləşdiririk”, - deyə Qriqori Nizovski bildirib.

Mətbuat konfransı zamanı “Acer” şirkəti həm peşəkar kiberidmançılar üçün nəzərdə tutulmuş “Predator” yeni peşəkar oyun xəttini, “NITRO” büdcəli oyun seriyasını, stolüstü kompüterləri, monitorları və qacetləri təqdim edib. Tədbirdə əlavə olaraq “MR headset”, virtual və qarışıq reallıq və proyektorlar sahəsinə aid qabaqcıl həllər nümayiş olunub və məlumat verilib.

Ultranəzik seqmentdə “Acer” şirkəti “Switch”, “Spin” və “Swift” xətləri üzrə geniş model diapazonu təklif edir. “Spin 1” transformeri isə planşetə əla alternativ ola bilər. “Swift 3” aktiv həyat tərzi sürən müasir istifadəçilər üçün istehsal olunub. Ultrayüngül və güclü “Swift 5” isə biznes istifadəçilər üçün nəzərdə tutulub. Çərçivəsiz displeyə malik “Swift 7” – dünyanın ən nəzik noutbuku sayılır.

Tədbirdə həmçinin B seriyasına məxsus və təhsil sahəsi üçün ideal uyğun gələn “Travelmate” noutbuku da nümayiş olunub. “Acer”in aparıcı modellərinin nümayişi çərçivəsində iştirakçılar müxtəlif noutbukları sınaqdan keçirə biliblər.

Xatırladaq ki, 1976-cı ildə təsis olunan “Acer” şirkəti İT-xidmətlərin göstərilməsi və aparat, proqram təminatının istehsalında ixtisaslaşıb. Şirkət istifadəçinin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə innovasiya məhsullarının tədqiqatı, hazırlanması, marketinqi, satışı və xidmətin göstərilməsi ilə məşğuldur. “Acer”in məhsulları sırasında fərdi kompüterlər, proyektorlar, serverlər, planşetlər, smartfonlar və daşıyıcı qurğular yer alır. Şirkət həmçinin əşyaların internetini vahid bir yerdə toplayan bulud həlləri üzərində işləyir. 2016-cı ildə 40-illik yubileyini qeyd edən “Acer” hazırda fərdi kompüter istahsalı üzrə dünyanın 5 ən iri şirkəti sırasındadır. 160-dan çox ölkədə təmsil ounan “Acer” şirkətində 7 000 işçi çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256