İKT

Facebook-da istifadə müddətinin idarə olunması ilə bağlı yenilik
21 NOYABR
132

Facebook-da istifadə müddətinin idarə olunması ilə bağlı yenilik

2018-11-21 17:23:00

 Fins.az-ın məlumatına görə keçən həftə Instagram-a istifadəçinin fotoservisə nə qədər zaman sərf etdiyini izləmək üçün yeni funksiya əlavə olunmuşdu. İndi isə bu funksiya Facebook-un özünə əlavə edilib. Şirkət yeni funksiyanı sosial şəbəkənin mobil tətbiqində istifadəyə verib. Bu funksiya sayəsində istifadəçilər sosial şəbəkədə nə qədər vaxt keçirtdiklərini öyrənə biləcəklər. Qeyd etmək lazımdır ki, bu yeni funksiyanın həm Instagram-a həmdə Facebook-a əlavə olunacağı məlumatı hələ bu ilin Avqust ayında verilmişdi.

Yeni funksiya sayəsində istifadəçi vaxt üzrə Facebook tətbiqindən istifadə limiti təyin edə bilər. Bununla yanaşı yeni funksiyada Push bildirişlərinin də müəyyən vaxtlıq deaktiv edilməsi nəzərdə tutulub. Funksiyadan istifadə etmək üçün ilk öncə mobil tətbiqdə “Settings & Privacy” və daha sonra “Your Time on Facebook” bölməsinə daxil olmaq lazımdır. Əgər ikinci bölmə hələ yoxdursa deməli şirkət yeni funksiyanı tədricən aktivləşdirir və o, yaxın zamanda ərzində sizin Facebook hesabınızda da aktiv ediləcək.

Müəllif:Aynur Qəniyeva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256