İKT

“Apple” bu modeli ləğv edir
06 NOYABR
140

“Apple” bu modeli ləğv edir

2018-11-06 11:57:00
Yaponiyanın "Nikkei" qəzeti yazır ki, "Apple" korporasiyası zəif tələbata görə "iPhone XR" smartfonlarının əlavə istehsalını ləğv edib.
 
"Foxconn ("Apple" smartfonlarının yığıcısı) şirkəti ilk öncə "XR" smartfonları üçün təxminən 60 istehsal xətti düzəldib, amma son zamanlar həmin istehsal xəttinin təxminən 45-dən istifadə edib, çünki əsas alıcı bildirib ki, hələ ki, çox smartfon lazım deyil" - vəziyyətlə tanış mənbə sözügedən nəşrə deyib.
 
Eləcə də bax:"BakıKart"da balansı onlayn artırmaq mümkün olacaq
 
"Apple" smartfonlarının digər yığıcısı olan "Pegatron" şirkətində də oxşar vəziyyətdir.
 
"Apple" şirkəti 1976-cı ildə Stiv Cobs, Stiv Voznyak və Ronald Ueyn tərəfindən təsis edilib. Şirkətin mənzil-qərargahı Kupertinoda yerləşir. "Apple" fərdi və planşet kompüterləri, audiopleyer, telefon, "ağıllı saat" və proqram təminatı istehsalı ilə məşğul olur.
 
©ICTnews
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254