İKT

"Samsung" daha bir yeni modelini təqdim edib
26 OKTYABR
406

"Samsung" daha bir yeni modelini təqdim edib

2018-10-26 16:35:00

"Samsung" şirkəti "Galaxy A6s" modelini təqdim etdi. Bu smartfon "Samsung"un ilk modelidir ki, kənar şirkət tərəfindən istehsal edilir və büdcəli seqmentə aid olunur.

Fins.az "Galaxy A6s" modelini "Samsung" üçün "Wintech" şirkəti istehsal edəcək. Həmin şirkət həmçinin "Xiaomi" üçün də smartfon modellərini istehsal edir.

Əsas texniki göstəricilər baxımından "Galaxy A6s" modeli 18:9 nsbətli Full HD+ keyfiyyətli 6 inç ekran, 8 nüvəli Snapdragon 660 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş 3300 mAh enerji tutumlu batareya, 12 MP + 5 MP ikili arxa kamera və 12 MP-lik ön kamera ilə təchiz olunub.

Smartfonun barmaq izi skanı texnologiyası arxa paneldə yerləşir. "Galaxy A6s" Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. "Samsung"un yeni büdcəli smartfonu 1 noyabr tarixindən Çində satışa çıxacaq. 64 GB daxili yaddaşa sahib versiya 260 dollar, 128 GB daxili yaddaşa sahib versiya isə 320 dollar qiymətinə satılacaq.

Qeyd edək ki, "Galaxy A6s"in qlobal bazara nə zaman çıxacağı barəsində isə heç bir məlumat yoxdur.

 Eləcə də bax:Bu gün ilk Android smartfonun 10 yaşı tamam olur

©Finans

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9368
  • ₽ RUB
    0.0259