İKT

"Facebook" ABŞ-da aralıq seçkiləri öncəsi yüzlərlə səhifəni silib
12 OKTYABR
173

"Facebook" ABŞ-da aralıq seçkiləri öncəsi yüzlərlə səhifəni silib

2018-10-12 09:49:00

"Facebook" əməkdaşları tərəflərindən guya əlaqəli şəkildə spam və qəsdən yalan məlumat yayılan 559 səhifə və 251 hesabı silib.

Fins.az  xəbər verir ki, bu barədə sosial şəbəkənin cümə axşamı yayılan məlumatında deyilir.

Bildirilir ki, göstərilən səhifə və profillər guya spam və əlaqələndirilmiş qeyri-həqiqi hərəkətlərlə bağlı qaydaları dəfələrlə pozublar. Onların köməkliyi ilə böyük həcmdə məlumat, xüsusilə sosial şəbəkə administrasiyasının qiymətləndirməsinə görə, bunların siyasi müzakirələr üçün qanuni forum olub-olmaması ilə bağlı insanları çaşdırmağa yönəlmiş nəzəri cəlb edən başlıqlı məlumatlar dərc edilib.

Şirkət noyabrda ABŞ Konqresində keçiriləcək aralıq seçkilərlə əlaqədar olaraq əməkdaşlar tərəfindən görülən tədbirləri sərtləşdirmək qərarına gəlib.

 Eləcə də bax:Sosial şəbəkələrdə saxta adlarla böhtan atan, təhqir edənlərə YENİ CƏZA

Bildirilir ki, burada söhbət saxta və ya eyni adlı çoxsalı profillərdən gedir.

 Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256