İKT

“Google” fiziki imkanları məhdud şəxsləri də düşündü
04 OKTYABR
98

“Google” fiziki imkanları məhdud şəxsləri də düşündü

2018-10-04 12:03:00

Google” şirkəti “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mobil qurğuları səslə idarə etməyə imkan verən “Voice Access” əlavəsini istifadəyə verib. Yeni əlavə fiziki imkanları məhdud şəxslərin mobil telefondan istifadəsini sadələşdirmək məqsədi daşıyır. Bu barədə şirkətin rəsmi bloqunda deyilir.

Fins.az “ICTnews” Elektron Xəbər Xidmətinə istinadən bildiriir ki, “Voice Access” istifadəçilərə səsli komandalar vasitəsilə və əllərdən istifadə etmədən mətnləri yaratmaq və redaktə etmək, əlavələri dəyişmək, əlavələr daxilində “düymələr” basmaq və interfeys elementlərini idarə etmək üçün şərait yaradacaq.

İngilisdilli əlavəni “Google Play” mağazasında yükləmək olar. Gələcəkdə tərtibatçılar tərəfindən digər dil versiyalarının istifadəyə verilməsi planlaşdırılır.

 Eləcə də bax:Beynəlxalq Kosmik Stansiyaya uçuşun vaxtı açıqlandı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260