İKT

Avropada ilk dəfə bu aeroportda sifətin tanınması sistemi tətbiq ediləcək
30 İYUL
383

Avropada ilk dəfə bu aeroportda sifətin tanınması sistemi tətbiq ediləcək

2018-07-30 16:17:00

Oslo aeroportunda Fransanın “IDEMIA” şirkəti tərəfindən hazırlanmış “MorphoFace” adlı sifətin tanınması sistemi tətbiq edilib. Sözügedən sistem avtomatlaşdırılmış sərhəd nəzarət-buraxılış məntəqələri avadanlığının bir hissəsi olub.
Fins.az xəbər verir  ki, bundan əvvəl “MorphoFace” sistemi Yeni Zelandiya və Sinqapurun Çanqi aeroportunun yeni “T4” terminalında uğurla tətbiq edilib. Sistem sözügedən aeroportlarda reysləri avtomatik qeydə almağa xidmət edir. Avropada ilk dəfə Oslo aeroportu “MorphoFace” adlı sifətin tanınması sistemi ilə təchiz edilib.
Yeni sistem Oslo aeroportunda sərhəd nəzarət məntəqələrinin buraxılış qabiliyyətini artıraraq köhnə infrastrukturu əvəz edəcək.
“IDEMIA” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış texnologiya hərəkətdə olan sifətin təsvirini ələ keçirərək onu tanıyır.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259