İKT

“Apple” qiymətləri qaldıra bilər
30 İYUL
91

“Apple” qiymətləri qaldıra bilər

2018-07-30 15:01:00

ABŞ-ın Çin mallarına yeni rüsumlar tətbiq etməyə davam etməsi və ticarət savaşının genişlənməsi “Apple”ın bəzi məhsullarında qiymət artımına səbəb ola bilər.   

Fins.az-ın verdiyi xəbərə görə, “Apple”ın ən sürətli inkişaf edən sektoru – “Apple Watch”, “HomePod” kolonkaları, “AirPods” qulaqcıqları Donald Trampın Çindən idxal olunan mallara 200 milyard dollarlıq rüsum tətbiq etmək təklifindən mənfi təsirlənə bilər. Şirkətin əsas məhsulları – “iPhone”lar və “Mac” kompüterləri hələ ki rüsumların təsirindən kənardadır. 

Qəzet yazır ki, “Apple” ya ABŞ-da qiymətləri qaldıracaq, ya da artan rüsumları özü kompensasiya edərək gəlir itkisinə məruz qalacaq.

“ABŞ və Çin arasında ritorikanın dərəcəsinin yüksəlməsi “Apple”ın səhmlərinin dəyəri üçün ən böyük risklərdən biridir”, - deyə “Morgan Stanley” analitikləri bildirib.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253