İKT

HTC əməkdaşlarının 1/4-ni ixtisar edəcək
04 İYUL
142

HTC əməkdaşlarının 1/4-ni ixtisar edəcək

2018-07-04 15:23:00

Məşhur smartfon istehsalçısı olan HTC şirkəti əməkdaşlarının dörddə birini ixtisar etmək qərarına gəlib.

Fins.az xəbər verir ki, buna səbəb şirkətin qacet satışlarında uğursuzluqla üzləşməsidir.

Tayvan şirkətinin nümayəndələri bildirib ki, ixtisarlarda məqsəd resursların effektiv idarə olunmasına nail olmaqdır.

Hazırda HTC-də 6 min nəfərin çalışdığını nəzərə alsaq, ixtisarların 1500 nəfərə şamil olunacağı gözlənilir.

Qeyd edək ki, bu ilin yazında şirkətin məhsullarının satışlarında 55 faiz azalma qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256