İKT

Apple'dan daha tez
27 İYUN
219

Apple'dan daha tez

2018-06-27 16:17:00

Görünür, Xiaomi şirkətinin 25 İyun tarixində təqdim etdiyi Mi Pad 4 adlı yeni planşeti Apple iPad-də reallaşdırılması hələ planlaşdırılan istifadəçi üzü skanı texnologiyasına sahib olacaq. Hələki tam olaraq aydın deyil ki, planşetlərə həqiqətənmi bu texnologiya lazımdır yoxsa yox?
Fins.az bildirir ki, hər halda əgər Apple bu cür texnologiyanı öz planşetlərində reallaşdırmağı planlaşdırırsa deməli Xiaomi şirkəti onu qabaqlamalıdır. Bunu həmçinin istehsalçının təqdim etdiyi yeni reklam posteri də təsdiq edib.
Çox güman ki, şirkət Mi Pad 4-də flaqman smartfon modeli Mi 8-in sistemini reallaşdıracaq. Şirkətin verdiyi məlumata əsasən Mi 8 modelindəki istifadəçi üzünün skan texnologiyası iPhone X-dəki TrueDepth kamerasından daha sürətli və etibarlı çalışır. Bundan əlavə olaraq məlumdur ki, Mi Pad 4 Snapdragon 660 prosessoru ilə təchiz olunacaq. Bununla yanaşı bir sıra məlumatlara əsasən planşet 4/6 GB RAM, 64/128 GB daxili yaddaş, 13 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 6000 mAhe enerji tutumlu batareyaya sahib olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256