İKT

Dünyada ən kiçik kompüter təqdim olunub
25 İYUN
132

Dünyada ən kiçik kompüter təqdim olunub

2018-06-25 11:56:00

Miçiqan Universitetinin alimləri dünyada ən kiçik kompüter hazırlayıblar. Eni 0.3 mm təşkil edən bu kompüter düyü dənəsinin yanında çox kiçik görsənir. “Michigan Micro Mote” (2x2x4 mm) daxil olmaqla əvvəlki qurğular kənar enerji mənbəyi olmadığı halda məlumatları yadda saxlamaq qabiliyyətinə malik idi.
Fins.az xəbər verir ki, Miçiqan Universitetinin yeni mikrokompüteri enerji kəsilən kimi bütün məlumatı itirir.
Yeni qurğu prosessor, simsiz ötürücü aparat və qəbuledicilərə malikdir. Bu kompüter görünən işıq vasitəsilə məlumatları qəbul edir və ötürür.
“Michigan Micro Mote” kompüteri aşağıdakı istiqamətlərdə istifadə edilə bilər:

  • Xərçəng xəstəliyinin tədqiqatı;
  • Qlaukomanın diaqnostikası üçün gözdaxili təzyiqin ölçülməsi;
  • Neft rezervuarlarının monitorinqi;
  • Biokimyəvi proseslərin monitorinqi;
  • Səsli və videomüşahidə;
  • Kiçik ilbizlərin tədqiqatı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273