İKT

“Instagram”a 1 saatlıq videolar yükləmək olacaq – YENİLİK
06 İYUN
252

“Instagram”a 1 saatlıq videolar yükləmək olacaq – YENİLİK

2018-06-06 13:57:00

“İnstagram” istifadəçiləri sosial şəbəkədəki səhifələrinə 1 saatlıq videolar yükləyə biləcəklər.

Fins.az xəbər verir ki, “İnstagram” sosial şəbəkəsi istifadəçilərə bir saat davam edən videoçarxlar yükləməyə icazə verilməsini planlaşdırır. 

Hazırda buna məhdudiyyət mövcuddur. Adi videolar üçün bu, 1 dəqiqə, “Srories” xidmətində isə 15 saniyədir.

Əvvəlcə ehtimal edilirdi ki, yenilik ancaq şaquli videoyazılara aid ediləcək. Ancaq “İnstagram” rəhbərliyi tərtibatçılarla və kontent istehsalçıları ilə müşavirə keçirib. Bu müşavirədə uzun videoların formatı müzakirə edilib. Hansı razılığın əldə edildiyi barədə heç bir məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260