İKT

Tezliklə avtomobilinizin kilidini iPhone-la aça biləcəksiniz!
30 MAY
175

Tezliklə avtomobilinizin kilidini iPhone-la aça biləcəksiniz!

2018-05-30 11:56:00

Məlumatlara görə, Apple, NFC çipslərini üçüncü cihazlara təqdim etməyə hazırlaşır. Xəbərlər doğrudursa, tezliklə iPhone ilə, otel otağı, avtomobil, evin kilidini aça biləcəksiniz.
Ağıllı telefonlarda olan NFC (Yaxın Məsafə Kommunikasiyası) çip, cihazların temassız olaraq uyğun cihazlar ilə ünsiyyət qurmasını təmin edir. Məsələn NFC dəstəkli Samsung ya da Google ağıllı telefonlar ilə alışverişlərdə təmassız ödəmə edə bilər, həmçinin ağıllı kilid sistemlərində telefonlarınız ilə kilidi aça bilərsiniz.
Apple isə iPhone 6 və üstü olan bütün modellərində NFC çipi saxlamasına baxmayaraq üçüncü partiya tətbiqlərin çiplərə girişinə maneə törədir. Lakin bu vəziyyət tezliklə sona çata bilər. Qısa bir müddət sonra iPhone-nunuzla qapı kilidinizi, avtomobil kilidini aça bilər, hətta ictimai nəqliyyat ödənişini telefonunuzla ödəyə bilərsiniz.


9to5Mac-in hesabatlarına görə Apple, NFC çiplerine üçüncü tərəf tətbiqlərin müraciətinə açmaq üçün iOS 11 üzərində işlər icra edir. Bu xüsusiyyətin onsuz da iOS 12 ilə gələ biləcəyi danışılırdı. Yenə də hazırda, yalnız RFID etiketlərinin skanerdən keçirilməsinə icazə verilir, bu səbəblə daha çox detal üçün WWDC-i gözləməyimiz lazımdır.
Apple-in NFC çiplerinin funksionallığını artırması, təmassız əməliyyatlar barədə Android rəqiblərini tutmasına köməkçi ola bilər. Hələ Google və Samsung bu mövzuda Apple-dən qabaqdadır. Lakin iPhone ilə açılan avtomobil ya da otel otağı qapıları, Apple pərəstişkarlarının çox xoşuna gələ bilər.

Eləcə də bax: Bu üzüklə danışmaq da olur - Qiyməti 189 dollardır + Video

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259