İKT

Arxa hissəsi şəffaf olan Xiaomi Mi 8 və yeni MIUI 10 interfeysinin təqdimat tarixi – VİDEO
24 MAY
380

Arxa hissəsi şəffaf olan Xiaomi Mi 8 və yeni MIUI 10 interfeysinin təqdimat tarixi – VİDEO

2018-05-24 12:21:00

31 May tarixində təqdim edilməsi planlanan Xiaomi Mi 8 modelinin video görüntüsü internetə sızdırıldı. İlk diqqət çəkən nöqtə telefonun arxa hissəsinin şəffaf olmasıdır. Xiaomi şirkətinin 8-ci il dönümü olacağı üçün Mi 7adından imtina edib, Apple kimi strategiya izləyərək Mi 8 adlandırmağa qərar verdilər. Telefonun ən önəmli fərqləri Android tərəfində 3D Üz Oxuma texnologiyasına və Barmaq İzi Sensor-unun ekrana inteqrasiya edilməsidir. 

Xiaomi Mi 8 modeli 31 May tarixində xüsusi konfrans ilə təqdim ediləcək.        

Sızan bir digər görüntü isə MIUI 10 ilə bağlıdı. Xiaomi Mi 8 modeli ilə birliktə 31 May tarixində tanıdılacaq MIUI 10 Mi 8 modelində Android Oreo ilə birliktə istifadəyə veriləcək.    

MIUI 10 deyilənlərə görə, Süni Zəka və Sürət/Performans üçün xüsusi olaraq optimizasiya edilmiş olacaq. Estetik görüntüdən daha çox stabillik və bir sıra yeniliklər ilə istifadəçilərin müsbət rəylərini alması gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269