İKT

“Facebook”dan oğurlanan məlumatlar necə istifadə olunub?
27 APREL
184

“Facebook”dan oğurlanan məlumatlar necə istifadə olunub?

2018-04-27 11:36:00

Təxminən 87 milyon “Facebook” istifadəçisinin məlumatlarının oğurlanması ilə bağlı qalmaqal hələ də səngiməyib. 
Fins.az-ın məlumatına görə, mütəxəssislər oğurlanan məlumatların hansı məqsədlə istifadə edildiyini müəyyən ediblər. 
Məlum olub ki, bu məlumatlar siyasi-analitik məsələlərlə məşğul olan Britaniya şirkətinin əlinə keçib. Məhz bu şirkət Trampın prezident kampaniyasında proqnozlar verirdi. Oğurlanmış məlumatların köməyi ilə həmçinin seçkilərin gedişatına potensial təsir etmək mümkün idi. 
“Facebook”un tətbiqlərindən biri arzu edənlərə psixoloji portretini tərtib etmək üçün özü haqqında məlumatları təqdim etməyi təklif edirdi. Faktiki olaraq ondan 270 min istifadəçi istifadə edib. 
Eyni zamanda sonradan müəyyən edilib ki, proqram ondan istifadə edənlərin dostlarının da məlumatlarını təhlil edə bilib. Beləliklə, “Facebook”dan 87 milyon istifadəçinin məlumatları “sızıb”.  
Tətbiqin müəllifi söz verib ki, onun tərtibatı tam olaraq akademik məqsədlər daşıyacaq. Ancaq sonradan onlar əldə edilən məlumatları britaniyalı politoloqlara ötürüb. Bu fırıldağın üstü martın ortasında açılıb. O zaman “Facebook”un bir səhminin qiyməti o qədər aşağı düşüb ki, nəticədə onun yaradıcısı Mark Zukerberq 4,9 milyard dollar “kasıblayıb”. 

© lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254