İKT

“Nokia” daha bir retro-telefonunu “dirildir”
03 APREL
358

“Nokia” daha bir retro-telefonunu “dirildir”

2018-04-03 15:35:00

Finlandiyanın “HMD Global” şirkəti “Nokia 2010” mobil telefonunu yenidən “dirildə” bilər.
Fins.az-ın məlumatına görə, telefonun təqdimatı modelin yubileyi ərəfəsinə nəzərdə tutulub.
Şayiələrə əsasən, tanınmış istehsalçı gələn il düyməli 2010 telefon aparatının yeni versiyasını təqdim etməyi planlaşdırır. Təqdimat 1994-cü ildə təqdim edilmiş cihazın 25 illiyinə təsadüf edəcək. Belə ki, “Nokia 2010” rəngli ekrana malik olacaq və “4G LTE” şəbəkəsini dəstəkləyəcək. Telefon Asiya, Afrika ölkələri və Çin bazarları üçün prioritet olaraq istehsal ediləcək. 
Xatırladaq ki, geridə qalan 2 il ərzində “Nokia” 90-cı və 2000-ci illərin sonlarında populyarlığa malik bir sıra modellərini yeniləyib. 2016-cı ildə brend “Nokia 3310” modelini təqdim edib. Bu il isə finlandiyalılar “Nokia 8110” və “Nokia 8 Sirocco” modellərini təqdim etməyə hazırlaşırlar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279