İKT

Budapeştdə “ağıllı mehmanxana” fəaliyyətə başladı - AVROPADA İLK
13 MART
390

Budapeştdə “ağıllı mehmanxana” fəaliyyətə başladı - AVROPADA İLK

2018-03-13 22:41:00

Budapeştdə Avropa ərazisində ilk olan “ağıllı mehmanxana” fəaliyyətə başlayıb.
Fins.az xəbər verir ki, qeyri-adi dörd ulduzlu mehmanxana 40 rahat nömrəyə hesablanıb.
Bu mehmanxanada yaşamaq üçün smartfon və xüsusi əlavəyə ehtiyac var. Sonuncunun köməyi ilə müştəri nömrələri bron etmək imkanı əldə edəcək. Bundan başqa, personalı çağırmaq, taksi sifariş etmək, kondisioneri quraşdırmaq və ya hoteldən çıxmaq mümkün olacaq. Smartfon isə bu zaman açar olacaq. Onun köməyi ilə öz otağına daxil olmaq mümkün olacaq. Əlavə vasitəsilə personalla ünsiyyət 24/7 formatında mümkündür.  
Bir sıra funksiyalara malik proqram “TMRWHotels” adlanır. Layihə rəhbərləri bu proqramı bütün Avropa ərazisində mehmanxana sahiblərinin istifadə edə biləcəyi baza internet texnologiyası layihəsi etmək niyyətindədirlər. Bununla belə, belə bir qeyri-standart fikrin neçə vaxta həyata keçəcəyi məlum deyil.  
Bundan öncə isə bildirilib ki, Norveçdə yaxın zamanlarda uçan naməlum obyektə bənzəyən mehmanxana fəaliyyətə başlayacaq.  

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256