İKT

“Airbus”ın uçan taksisi ilk uçuşunu keçirdi – VİDEO
06 FEVRAL
125

“Airbus”ın uçan taksisi ilk uçuşunu keçirdi – VİDEO

2018-02-06 10:59:00

ABŞ-ın Oreqon ştatında “Airbus Vahana” uçan taksisinin prototipinin ilk sınaq uçuşu keçirilib.

Fins.az xəbər verir ki, layihənin müəllifləri uçan taksinin 2020-ci ilə qədər rəsmən təqdim olunacağını bildiriblər. “İki il ərzində “Vahana” konseptual eskizdən özünün ilk uçuşunu uğurla yerinə yetirən hərtərəfli təyyarəyə çevrildi”, - deyə layihə mnüəlliflərindən biri - Zak Lavering söyləyib.  

“Airbus Vahana”nın uzunluğu 6,2 metr, çəkisi 745 kq, qanadların genişliyi 5,7 metrdir. Uçan taksinin San Fransiskodan San Xose şəhərinə 18 dəqiqəyə çatacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+5°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301