İKT

Valideynlər bu saatla uşağı hər an izləyə biləcək – Azərbaycanda
10 YANVAR
281

Valideynlər bu saatla uşağı hər an izləyə biləcək – Azərbaycanda

2018-01-10 10:28:00

“Caspian NavTel” şirkəti valideynlərin uşaqlara nəzarət edə biləcəyi sistemi Azərbaycana gətirib. Şirkətdən Avtosfer.az-a verilən məlumata görə, bir neçə gündür müxtəlif üstün texnoligiyalara malik Yaponiya istehsalı olan qol saatları Bakıda satışdadır. GPS sistemi ilə işləyən saatlar iki formadadır. Saatların hər biri yaddaşda 10 mobil nömrəni saxlaya və hər biri ilə adi mobil telefon kimi əlaqə saxlaya bilər. Yaddaşda 10 nömrədən 1-i SOS zəng üçün, digərləri isə adi zənglər üçün nəzərdə tutulur. Lakin saat özü istənilən nömrədən zəngləri qəbul edir. Başqalarından daha ucuz və keyfiyyətli olan bu saatlar valideynlər üçün yaxşı imkanlar yaradır. Belə ki, saatı qoluna taxan uşaq avtomatik olaraq valideyn tərəfindən nəzarətdə olur. “Caspian NavTel” şirkəti bu saatları əldə edən valideynlərə GPS kod verir və bununla uşaq saatı qolunda gəzdirdiyi müddətdə onun yerini mobil telefonla müəyyən etmək mümkündür. Saatın alt hissəsində sensor var. Bu da o deməkdir ki, saat qoldan çıxarılan kimi GPS-lə qoşulduğu mobil telefona məlumat göndərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276