İKT

Azərbaycanın qlobal kibertəhlükəsizlik reytinqi – AÇIQLANDI
07 İYUL
185

Azərbaycanın qlobal kibertəhlükəsizlik reytinqi – AÇIQLANDI

2017-07-07 11:12:00

 BMT yanında Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) "Global Cybersecurity Index" hesabatını dərc edib.

Fins.az xəbər verir ki, hesabatda dünyada kibertəhlükəsizlik səviyyəsi barədə son məlumatlar təqdim edilib.

Sənədə əsasən, bütün ölkələrin yalnız 38%-də haker hücumlarından qorunmağa imkan verən kibertəhlükəsizlik sistemi var, ölkələrin 12%-i isə belə strategiyanın işlənib hazırlanması prosesindədir.

Hesabata əsasən, Azərbaycan dünya sıralamasında 48-ci yeri tutub. Rusiya 10-cu, Türkiyə 43-cü, İran - 59-cu, Ermənistan 111-ci sırada qərarlaşıb.

Reytinqdə ilk pilləni Sinqapur tutub, ikinci yerdə isə ABŞ qərarlaşıb. İlk üçlüyü Malayziya qapayır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9856
  • ₽ RUB
    0.0286